Koronavirusun yeni COVID-19 adlı yoluxmasından ölənlər 2,4% etibarı ilə mövsümi qrip səbəbini ilə ölənlərdən çoxluq təşkil edir. SİA RBK telekanalına istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Gebreysus jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
“Bütün dünya üzrə COVID-19 səbəbindən baş verən ölüm halları 3,4 faizə yaxındır. Müqayisə edərkən məlum olur ki, mövsümi qrip adətən 1 faizdən az yoluxanları öldürür”, ÜST direktoru bildirib.
Gebreysus həmçinin mövsümi qrip infeksiyası ilə koronavirusun digər fərqlərini də izah edib. Misal üçün, əgər qrip virusunun daşıyıcıları smptomsuz şəkildə insanların sağlamlığına daha böyük təhlükə yaradırsa, koronavirusla yoluxanlarda belə olmur.
İkinci fərq isə budur ki, koronavirus mövsümi qripdən daha ağır nəticələrə səbəb olur. Belə ki, insanlarda yeni COVID-19-a qarşı immunitet yaranmayıb.
Üçüncüsü isə, mütəxəssislər koronavirusdaan sağalmaq üçün vaksin və perparatları işləyib-hazırlamayıblar, belə ki, qrip üçün dərmanlar mövcuddur. Həmçinin, mütəxəssislər mövsümi qrip kontaktlarını, xəstəliyin yayılmasını izləmirlər, koronavirusdan qorunmaq üçün isə, bütün güclərini ortaya qoyurlar. Halbuki, həm COVID-19, həm də qrip hava və damcı yolu ilə yayılır.
Qeyd edək ki, dünyada bu virusla yoluxanların sayı 92 mindir. 3,1 mini ölüb, onlardan təxminən 3 mini Çindəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB