Cənubi Koreyanın prezidenti Mun Çje İn koronavirus infekjsiyasına görə, BƏƏ, Misir və Türkiyəyə olan səfərlərini təxirə salıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə prezident administrasiyasının sözçüsü açıqlayıb.
O bildirib ki, prezidentin bu qərarını səfər edəcəyi ölkələrin rəhbərləri də anlayışla qarşılayıblar. Onun sözlərinə görə, Cənubi Koreya prezidenti virusa qarşı mübarizədə ikitərəfli əməkdaşlıq və beynəlxalq əməkdaşlıq məsələlərini müzakirə etmək üçün həmkarları ilə telefon danışıqları aparmaq niyyətindədir.
Qeyd edək ki, Cənubi Koreyanın prezidenti Mun Çje İn sözügedən ölkələrə səfəri martın ortalarında baş tutmalı idi.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB