Avropa Birliyi Türkiyənin miqrant müqaviləsinə əməl etməməsi ittihamlarını rədd edib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Brüsseldəki mətbuat konfransında Avropa Komissiyasının rəsmi nümayəndəsi Piter Stano bəyan edib.
O, qeyd edib ki, Avropa Birliyi, miqrasiya böhranı ilə mübarizə üçün Türkiyə ilə ortaq bir plan çərçivəsində bütün öhdəliklərini yerinə yetirir və ümid edir ki, Ankara da razılaşmalara əməl edəcəkdir.
"Avropa Birliyi öhdəliklərinə əməl edir və Türkiyənin bu xüsusda hərəkət edəcəyini gözləyir", deyə Stano bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB