Rusiya və ABŞ nümayəndələri Vyanada görüşəcək ANONS

Rusiya və ABŞ nümayəndələri Vyanada görüşəcək  ANONS

Rusiya və ABŞ Vyanada təhlükəsizlik məsələləri üzrə görüş keçirəcək. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirinin müavini Oleq Siromolotov bildirib.

Onun sözlərinə görə, Rusiya və ABŞ Vyanada təhlükəsizlik mövzusunda ekspert iclası keçirəcək. Həmçinin nazir müavini qeyd edib ki, tarix yaxın gələcəkdə təyin ediləcək.

"Düşünürəm ki, yaxın vaxtlarda ekspert iclasının tarixi müəyyənləşdiriləcəkdir. Burada, Vyanada keçiriləcək. Bütün xüsusi xidmətlər, təhlükəsizlik orqanları, təhlükəsizlik şuraları və sair görüşəcək", deyə Sıromolotov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə