"Bahar Qalxanı" əməliyyatı çərçivəsində Əsədin qırıcı təyyarəsi məhv edilib - AÇIQLAMA

"Bahar Qalxanı" əməliyyatı çərçivəsində Əsədin qırıcı təyyarəsi məhv edilib - AÇIQLAMA

"Bahar Qalxanı" əməliyyatı çərçivəsində Suriya rejiminə məxsus qırıcı təyyarə məhv edilib. SİA-nın məlumatına görə, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

"Uğurla davam edən Bahar Qalxanı əməliyyatı çərçivəsində rejimə məxsus "L-39" qırıcı təyyarəsi vurulub." "24 saat ərzində 327 rejim əsgəri zərərsizləşdirilib." Məlumatda bildirilir ki, Bahar Qalxanı əməliyyatı gecə boyu müvəffəqiyyətlə həyata keçirilib.

Son 24 saat ərzində 1 təyyarə, 1 pilotsuz uçuş aparatı, 6 tank, 5 reaktiv yayılım atəş sistemi, 2 hava hücumundan müdafiə sistemi, 3 zirehli döyüş texnikası, 5 pikap, 6 hərbi maşın və 1 silah-sursat anbarı məhv edilib, 327 rejim əsgəri zərərsizləşdirilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə