“Moskva ümid edir ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın görüşləri İdlib vilayəti ilə bağlı razılaşma ətrafındakı situasiyanı düzəldəcək”. SİA tass.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov mətbuat konfransında deyib.
“Təəssüf ki, hələlik bu həyata keçməyib”, deyən Lavrov məhz bu həftə Putin-Ərdoğan görüşünə ümid etdiyini bildirib və qeyd edib ki, vəziyyəti dəyişərək, əldə edilmiş razılaşmalar istiqamətində yola davam etmək olar.
Lavrovun sözlərinə görə, Rusiya terrorla mübarizəni saxlamaqla Suriyanın miqrasiya problemində əməkdaşlıq edə bilməyəcək.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB