Merapi vulkanı püskürdü, görüntülər yayıldı

Merapi vulkanı püskürdü, görüntülər yayıldı

İndoneziyada Merapi vulkanının püskürməsi ilə bağlı görüntülər internetdə yayımlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Tribunnews.com məlumat yayıb və məlumatda qeyd olunur ki, 55 millimetr amplitudada olan püskürmə 450 saniyə davam edib. Tüstü və külün hündürlüyü təxminən 6 min metr yüksəkliyə qədər qalxıb.

Xatırladırıq ki, Merapi, İndoneziyanın Cokyakarta şəhəri yaxınlığındakı Yava adasında yerləşən ən aktiv vulkandır. Boyu 2914 metrdir. Hər yeddi ildə təxminən iki dəfə kiçik püskürmə müşahidə olunur və vulkan demək olar ki, hər gün tüstüləyir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə