Türkiyə Milli Müdafiə Nazirliyi Suriyada "Bahar qalxanı" hərəkatı barədə məlumat verib.
SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, gecə boyu davam edən əməliyyat nəticəsində son 24 saatda Əsədə bağlı 327 əsgər öldürülüb.
Açıqlamda "Bahar qalxanı" hərəkatının gecə boyu uğurla davam etdirildiyi, son 24 saat ərzində 1 təyyarə, 1 PUA, 6 tank, 5 howitzer / CNRA, 2 hava hücumundan müdafiə raket sistemi, 3 zirehli döyüş maşını, 5 silahlı pikap, 6 hərbi vasitə, 1 sursat anbarının məhv edildiyi və 327 əsgərin zərərsizləşdirildiyi bildirilib.
Bundan əlavə, əməliyyat çərçivəsində Suriyaya məxsus L-39 tipli döyüş təyyarəsinin vurulduğu qeyd olunub.
Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB