Siyasətçilər arasında təhlükəli bir yoluxma aşkar olunmasına baxmayaraq Parlament öz işini davam etdirəcək. SİA xəbər verir ki, bu barədə YJC xəbər portalı parlament sədrinin köməkçisi Abdolrəz Məsriyə istinadən məlumat yayıb.
Məlumata görə, İranda aparılan testlər 23 deputatda koronavirusun olduğunu təsdiqləyib. Təhlükəli bir xəstəliyin yayılmasına baxmayaraq, parlamentin fəaliyyətini davam etdirəcəyini söyləyərkən Məsri millət vəkillərini xalqla təmasları məhdudlaşdırmağa çağırıb.
Xatırladaq ki, son məlumatlara görə, İranda 1501 koronavirus infeksiyası qeydə alınıb. 66 nəfər ölüb, 291 nəfər sağalıb. İran hakimiyyəti ölkədə infeksiyanın daha da yayılacağını proqnozlaşdırıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB