Qasırğa iki nəfərin həyatına son qoydu

Qasırğa iki nəfərin həyatına son qoydu

Tennessi ştatında baş verən qasırğada iki nəfər həyatını itirib. SİA RenTv-yə istinadən xəbər verir ki, bu barədə şəhər polisi çərşənbə axşamı günü məlumat yayıb.

Məlumata görə, güclü bir fırtına səbəbiylə meydana gələn tornado nəticəsində iki ölüm hadisəsi qeydə alınıb.
Ayrıca, qasırğadan sonra çox sayda zərərin olduğu, binaların dağıldığı bildirilir. Dağıntılar altında başqa qurbanlar ola biləcəyi istisna edilmir.

Xatırladırıq ki, çərşənbə axşamı günü mərkəzi Tennessi ştatında iki tornado hadisəsi baş verib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə