Jirinovski kimlərin güllələnməsini tələb edir FEYK XƏBƏR YAYANLARA

Jirinovski kimlərin güllələnməsini tələb edir FEYK XƏBƏR YAYANLARA

“Ölkədə təlaş və panika yaradan saxta videogörüntülərin qarşısını almaq üçün müvəqqəti olaraq ölüm hökmünü tətbiq etmək lazımdır”. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu RLDP lideri Vladimir Jirinovski jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, koronavirusla bağlı saxta informasiya yayanlara bu cəza verilməlidir. “Sərt ölçülər götürülməlidir, onlar isə yoxdur”, deyə partiya lideri bildirib. SİTAT: “1941-ci ildə Moskvanın işğal olunma təhlükəsi zamanı milisə panika yaradanları yerindəcə güllələmək icazəsi verilmişdi... Bununla da panikaya son qoyuldu. Yüzə yaxın adamı güllələdilər və sakitlik... Buunsuz əhalinin panik halının qarşısını almaq qeyri-mümkün olardı, necə ki, indi koronavirusla bağlı da eyni hal yaşanır”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə