Miqrasiya axınına qarşı sərhədə min əsgər yerləşdirməyə hazırıq - BOLQARISTAN
Bolqarıstan, Türkiyədən gələn immiqrantların ölkəyə girişini maneə törətmək üçün sərhədə min əsgər və hərbi vasitə yerləşdirməyə hazır olduğunu deyib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Bolqarıstan Müdafiə naziri Krasimir Karakçanov, Ankaranın "immiqrantları dayandırmayacağıq" açıqlamasından sonra, sərhəd polisi bu səhər 30 nəfərdən ibarət 2 mühacir qrupuna müdaxilə edib.
Sofiya hökuməti xüsusən də koronavirusun yayılması zamanı miqrant axınının qarşısını almaq üçün sərhəd nəzarətini gücləndirib.
Xatırladaq ki, Avropa Birliyi üzvü olan Bolqarıstan ilə Türkiyə arasında 300 kilometrlik quru sərhədi var.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB