COVİD-19-la mübarizəyə elit hərbçilər cəlb olunub İRANLI GENERAL

COVİD-19-la mübarizəyə elit hərbçilər cəlb olunub  İRANLI GENERAL

İran İslam Respublikasının (İİR) İnqilab Keşikçiləri Korpusunun elit bölmələri koronavirusun daha çox yayıldığı bölgələrə yerləşdirilir. SİA xəbər verir ki, bu barədə İİR-in Tasnim xəbər agentliyi məlumat yayıb. Belə ki, korpusun generalı Məhəmməd Pakpur da həmin məlumatı təsdiqləyib. Qeyd olunur ki, virusun yayıldığı bölgələrə mikrobioloqlar və virusoloqlar da cəlb ediliblər.

“26 fevral tarixindən başlayaraq, hissələr Qumda yerləşdiriliblər və şəhərdə, eləcə də rayonlarında dezinfeksiya ilə məşğuldurlar”, Pakpur bildirib. Onun sözlərinə görə, hərbçilər Qumla yanaşı, Gilan, Kirmanşah və paytaxt Tehranda da həmin dezinfeksiya ilə məşğuldurlar. Bundan əlavə, İnqilab Keşikçiləri Korpusunun bioloji qərargahı da fəaliyyət göstərir.

Xatırladaq ki, İİR-in səhiyyə nazirliyi fevralın 19-da ilk virusa yoluxma haqqında məlumat verib. İnfeksiyaya yoluxanlar Qum şəhərinin sakinləri olublar. Rəsmi informasiyaya görə, İranda 978 nəfər COVID-19 virusunun daşıyıcına çevrilib, onlardan ən azı 54 nəfəri həyatını itirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə