Heç kimlə savaşmayacağıq - Rusiya lideri Putin

Heç kimlə savaşmayacağıq - Rusiya lideri Putin

Rusiya prezidenti Vladimir Putin Rusiyanın heç bir ölkə ilə vuruşmayacağını və heç kimin Rusiya ilə vuruşmağa cəsarət etməyəcəyi bir zəmin yaratmağa çalışdıqlarını söyləyib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Fevralın 20-də Rusiya xəbər agentliyinə TASS-a verdiyi müsahibənin altıncı hissəsində Putin, "Heç kimlə savaşmayacağıq. Biz də şərait yaradacağıq ki, heç kim bizimlə savaşmaq istəməsin. Kimsənin müharibə haqqında düşünməməsi üçün lazımi şərait yaratmağa çalışırıq”.

Putin Rusiyanın müdafiə xərcləri baxımından ABŞ, Çin, Səudiyyə Ərəbistanı, İngiltərə, Fransa və Yaponiyanı ardından dünyada 7-ci yeri tutduğunu xatırladıb. "Vladimir Putinlə 20 sual" başlıqlı reportajda danışan Putin, "İllik xərclərimiz azalır. Ancaq digər ölkələrin hərbi xərcləri artır" deyə bildirib. Yeni qitələrarası hipersonik hücum raketlərinə işarə edən Putin, "İlk dəfə olaraq, dünyanın əvvəllər görmədiyi bir hücum sistemini inkişaf etdirdik. İndi bizi tutmaq üçün arxamızca qaçırlar. Bu, misilsiz bir vəziyyətdir və tarixdə əvvəllər belə bir hadisə olmayıb” deyə qeyd edib.

ABŞ və Rusiya arasında 2010-cu ildə imzalanan Yeni Strateji Silahların Azaldılması Sazişinin (Yeni START) sona çatdığını xatırladan Putin, bu müqavilənin yenilənməli olduğunu vurğulayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə