Koronavirus səbəbi ilə Sammit təxirə salındı

Koronavirus səbəbi ilə Sammit təxirə salındı

Kambocanın baş naziri Koronavirus səbəbiylə ASEAN-ABŞ Sammitinin təxirə salınmasını təsdiqləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Kambocanın baş naziri Honq Sen özü açıqlayıb.
Honq Sen qeyd edib ki, krallıqda koronavirusun yayılması ilə bağlı son hadisələr aşkar edilməyib.

ABŞ hakimiyyəti Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının və Amerika Birləşmiş Ştatlarının martın 14-də Amerikanın Las Veqas şəhərində keçiriləcək xüsusi sammitini qeyri-müəyyən müddətə təxirə salmaq qərarına gəlib.

Kambocanın baş naziri Honq Sen ABŞ prezidentinin qərarına dəstək verib.

"Prezident Donald Trumpın sammitin təxirə salınması barədə qərarını dəstəkləyirəm, çünki ABŞ və digər ölkələr bu virusla eyni dərəcədə qarşı-qarşıya gəlir", deyə Kambocanın baş naziri bildirib və Sinxua Xəbər Agentliyini onun fikirlərini yayımlayıb. Honq Sen eyni zamanda Kamboca sakinlərini yoluxmamaq üçün maskalar geyməklə yanaşı, birlikdə əlavə tədbir görməyə də çağırıb.

Kamboca hökumətinin başçısı qeyd edib ki, son vaxtlar krallıqda koronavirusun yayılması ilə bağlı yeni hallar olmayıb. Kambocada ilk və yeganə yoluxma hadisəsi yanvarın 27-də qeydə alınıb və fevralın 10-da xəstə xəstəxanadan buraxılıb. ABŞ-da The New York Times qəzetinin yazdığına görə isə, Amerikada 80-dən çox insan koronavirusa yoluxub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə