Şimali Koreya Şərq dənizindəki raketlərini sınaqdan keçirib - Raket növü və uçuş məsafəsi hələlik məlum deyil

Şimali Koreya Şərq dənizindəki raketlərini sınaqdan keçirib - Raket növü və uçuş məsafəsi hələlik məlum deyil

Şimali Koreya Şərq dənizində (Yapon dənizi) yeni raketlər sınaqdan keçirib. SİA bunu Cənubi Koreyanın Yonhap agentliyinə istinadən xəbər verir.

Cənubi Koreyanın Baş Qərargahı Şimali Koreyanın şərq sahilində yerləşən Vonsan şəhəri yaxınlığındakı bölgələrdən iki raket atdığını açıqlayıb.

Raketlərin növü və uçuş məsafəsi ilə bağlı məlumatın hələ müəyyənləşdirilmədiyi, bölgədəki müşahidələr və araşdırmaların davam etdiyi bildirilib.

Xatırladaq ki, Şimali Koreya sonuncu dəfə 28 noyabrda raket sınaqdan keçirib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə