Koronavirusdan ölənlərin sayı 2912-yə çatıb

Koronavirusdan ölənlərin sayı 2912-yə çatıb

Çində yeni növ koronavirusa yoluxma hallarının sayı 80026-ya çatıb, onlardan 2.912 nəfəri ölüb, 44.462 nəfər müalicə edilərək xəstəxanalardan buraxılıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə dövlət səhiyyə komitəsi məlumat yayıb.

Səlahiyyətlilər, ümumilikdə 32 652 nəfərin koronavirusa yoluxduğunu bildirib.

Ötən gün ərzində ölkə daxilində 202 yeni yoluxma hadisəsi aşkarlanıb, 2837 nəfər xəstəxanadan buraxılıb, 42 nəfər ölüb. Ölənlərin hamısı Hubey əyalətinin sakinləridir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə