NASA mütəxəssisləri koronavirusun yayılmasının müsbət təsirini aşkar ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə şirkətin rəsədxanasının saytında məlumat yayılıb.
Mütəxəssislərin fikrincə, Uhanın karantinə bağlanması, eyni zamanda yerli müəssisələrin bağlanması avtomobillərdən və fabriklərdən çıxan işlənmiş tullantıların azalmasına səbəb olub ki, bu da əyalətin ekologiyasına müsbət təsir göstərib.
NASA, atmosferdə tullantıların bu qədər azalmasının ilk dəfə qeydə alındığını vurğulayıb.
Çinin digər bölgələrində ətraf mühitin yaxşılaşdığı da qeyd olunur. Beləliklə, mərkəzi və şərq bölgələrdə atmosferə atılan tullantılar 10-30% az olub.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB