İraqda daha 6 nəfərdə yeni növ koronavirusa yoluxma halı qeydə alınıb

İraqda daha 6 nəfərdə yeni növ koronavirusa yoluxma halı qeydə alınıb

İraqda daha 6 nəfərdə yeni növ koronavirus pnevmoniyasına yoluxma halı qeydə alınıb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə "SHAFAQ News" xəbər portalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

"Altı yeni yoluxma halı diaqnostika edilib – onlardan ikisi Bağdadda, dördü isə Süleymanidə qeydə alınıb. Yoluxanların hamısı təzəlikcə İrandan qayıdıb. Hazırda onlar nazirliyin tibb müəssisələrində lazımi tibbi yardım alırlar. Müvafiq tədbirlər həmin şəxslərlə əlaqədə olan hər kəsə şamil edilir", - deyə nazirlik bildirib. Yeni yoluxma halları ilə birlikdə İraqda koronavirusa yoluxanların ümumi sayı 18 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə