Türkiyə Silahlı Qüvvələri Suriyada rejimə məxsus iki təyyarəni məhv edib
Türkiyə Silahlı Qüvvələri Suriya rejiminə məxsus iki "Su-24" qırıcı təyyarəsini məhv edib.
SİA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.
Məlumatda bildirilir ki, təyyarələr Suriyanın İdlib vilayətində Türkiyə Silahlı Qüvvələrinin mövqelərinə təhdid yaratdıqları üçün vurulub. Eyni zamanda, Türkiyə ordusuna məxsus pilotsuz uçan aparatı vuran iki hava hücumundan müdafiə sistemi də sıradan çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB