Tacikistanda keçirilən parlament seçkiləri yekunlaşıb

Tacikistanda keçirilən parlament seçkiləri yekunlaşıb
Bu gün Tacikistanda keçirilən parlament seçkilərində baş tutmuş hesab edilib. SİA-nın məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasının sədri Bəxtiyar Xudayarzade deyib. Bildirilir ki, saat 15.00-ə olan məlumata görə, seçkilərdə 3 milyon 703 min 962 seçici səs verib, bu da vətəndaşların 75,1 faizi deməkdir. Tacikistan qanunlarına görə seçicilərin 50 faizdən çoxu səs verdikdə seçkilər baş tutmuş hesab edilir. Seçkilərin ilkin nəticələri 24 saat ərzində elan olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə