ÜST koronavirus üçün qlobal risk səviyyəsini artırdı: Covid-19 riski

ÜST koronavirus üçün qlobal risk səviyyəsini artırdı: Covid-19 riski

Çində meydana gələn koronavirus sürətlə bütün dünyada yayılması ilə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), yeni koronavirus (Covid-19) üçün qlobal risk səviyyəsini "yüksək" dən "çox yüksək" səviyyəsinə qaldırdı. SİA xarici KİV-lərə istinadən xəbər verir.
ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus "Qlobal risk səviyyəsini ən yüksəkdən ən yüksək səviyyəyə qaldırdıq"-deyə bildirib.

Virusun göründüyü ölkələrin bunu lazımi tədbirlər ilə nəzarət alına alına biləcəyini ifadə edən Ghebreyesus, ÜST səlahiyyətlilərinin "bütün dünyada yayılmadığı" səbəbiylə "pandemik" vəziyyət elan etmədiklərini söyləyib.
Covid-19-un meydana çıxdığı Çində, Ghebreyesus, Cümə günü etibarilə ümumi yoluxmaların sayının 78.959-a çatdığını və virus səbəbiylə ölənlərin sayının 2.791 nəfər olduğunu bildirib.

Çindən kənarda, cümə günü 49 ölkədə 4 min 351 yoluxmanın aşkarlandığını deyən Ghebreyesus, bu ölkələrdə 67 nəfərin öldüyünü bildirib.

Ghebreyesus dünəndən bəri ilk yoluxmaların Danimarka, Estoniya, Litva, Hollandiya və Nigeriyada qeydə alındığını, bütün bu halların İtaliyadakı epidemiya ilə əlaqəli olduğunu bildirib.

Ghebreyesus, Covid-19 virusunun İtaliyadan 14 ölkəyə və İrandan 11 ölkəyə yayıldığını söyləyib.
"Son bir neçə gündə yoluxmaların artması və virusun yayıldığı ölkələrin sayının artması açıq şəkildə narahat edicidir" deyən Ghebreyesus, ÜST mütəxəssislərinin Covid-19 riskini və təsirini dünya səviyyəsində qiymətləndirməsini sürətləndirdiklərini söyləyib.



Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə