Səudiyyə Ərəbistanından Misirə hədiyyə

Səudiyyə Ərəbistanının Misirdəki səfiri Üsamə Əl-Nuqali müqəddəs Kəbənin örtüyünün bir parçasını Misirin Turizm Nazirliyinə təqdim edib. Nazirliyin rəsmi saytı xəbər verir ki, bu qiymətli eksponat Misirin yeni inzibati paytaxtında açılacaq muzeydə nümayiş etdiriləcək.

Səudiyyə Ərəbistanının səfiri qeyd edib ki, onun ölkəsinin ən qədim sivilzasiyanın beşiyi olan Misirə hədiyyəsi tarixi və dini əlaqələrin bir rəmzidir.

Qeyd olunur ki, yeni inzibati paytaxtda yerləşəcək və 8500 kvadratmetr sahəsi olacaq muzeydə Qədim Misirə aid minlərlə arxeoloji və mədəni abidə nümayiş etdiriləcək. Bundan başqa, Yeni Qahirədə 2200 tamaşaçı yeri olacaq Opera Teatrı və böyük kitabxana inşa edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə