ABŞ Taliban ilə sülh müqaviləsi imzalayacaq - DOHADA

Əfqanıstanda Talibanla davam edən sülh danışıqları ilə əlaqədar Amerika rəhbərliyindən müsbət açıqlamalar edilib. SİA xarici KİV-lərə istinadən xəbər verir.

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Katibi Mayk Pompeo, şənbə günü Qətərin paytaxtı Dohada Taliban nümayəndələri ilə razılaşma mərasimində iştirak edəcək.

ABŞ prezidenti Donald Tramp, Əfqanıstanda Talibanla sülh danışıqları ilə əlaqədar yazılı bir açıqlama verib. "Əgər Taliban və Əfqanıstan hökuməti öz öhdəliklərini yerinə yetirsələr, Əfqanıstandakı müharibəyə son qoymaq üçün güclü bir yolumuz var və əsgərlərimizi ölkəmizə qaytara bilərik" deyə bildirib.

11 sentyabr 2001-ci il hücumlarından sonra ABŞ ordusunun Əfqanıstana girdiyini və bu günə qədər "böyük irəliləyiş" edildiyini vurğulayan Tramp Amerika xalqına prezidentliyə namizədliyi dövründə əsgərləri evlərinə qaytaracağına söz verdiyini xatırladıb.

Tramp deyib: "Tezliklə mənim əmrimlə xarici işlər naziri Mayk Pompeo Taliban nümayəndələri ilə razılaşma mərasimində iştirak edəcək. Müdafiə naziri Mark Esper də Əfqanıstan hökuməti ilə ortaq bir bəyanat yayımlayacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə