Türkiyə və Rusiya rəsmiləri Suriyadakı gərginliyi azaltmağa çalışırlar - RUSİYA XİN

Rusiya Xarici İşlər Nazirliyi, Türkiyə və Rusiya rəsmilərinin Suriyadakı gərginliyi azaltmağa çalışdıqlarını açıqlayıb. SİA xarici KİV-lərə istinadən xəbər verir.

"Hər iki tərəf, Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən terror təşkilatı olaraq təyin olunan qruplarla mübarizəni davam etdirərkən yerdəki gərginliyin azaldılmasına diqqət yetirir", - deyə nazirlikdən bildirilib.

Səlahiyyətlilər, hər iki tərəfin İdlibdəki "təhlükəsiz bölgə" daxilində və xaricindəki mülki insanları qorumağa və lazımi humanitar yardım göstərməyə hazır olduqlarını bildirib.

Xatırladaq ki, cümə axşamı günü İdlibdə Türkiyə Silahlı Qüvvələrinin karvanına hava hücumu təşkil edilib, 33 əsgər şəhid oldu, 32 əsgər yaralanıb.

Rusiya və Türkiyə nümayəndə heyətləri çərşənbə günündən cümə gününə qədər üç gün ərzində İdliblə bağlı Ankarada danışıqlar aparıblar. Cümə günü, prezident Ərdoğan və Rusiya prezidenti Putin arasında telefon danışığı olub və iki prezidentin gələn həftə görüşə biləcəyi ifadə edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə