ABŞ-da koronavirusa yoluxanların sayı açıqlandı - 62 nəfər

ABŞ-da artıq təsdiqlənmiş koronavirus hallarının sayı 60 nəfəri keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi cümə günü məlumat yayıb.

Mərkəzin ən son məlumatlarına görə, hal-hazırda dəqiq olaraq xəstəliyə 62 nəfərin yoluxduğu qeydə alınıb. Həmçinin, məlumatda qeyd olunur ki, xəstəliyə yoluxanlardan 12 nəfəri əvvəllər xarici səfərlərdən ABŞ-a qayıdanlardır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə