İran parlamenti virusa görə işini dayandırır?

İran parlamentinin iclasları koronavirus epidemiyası ilə bağlı dayandırılır. “Sputnik” xəbər verir ki, parlamentin sözçüsü Əsədullah Abbasi yaranmış vəziyyətlə bağlı əlavə məlumat verilənədək hər hansı sessiya keçirməmək qərarına gəlindiyini açıqlayıb.

Həmçinin parlamentin Rəyasət Heyətinin üzvü Məhəmməd Əli Vəkili də bu gün səhər “Twitter”dəki səhifəsində yazıb ki, 290 parlament üzvünün 30-nun müayinəsi nəticəsində 4 nəfərdə koronavirus aşkarlanıb, qalan üzvlər də ardıcıl olaraq müayinədən keçiriləcək”. Bununla yanaşı, səhiyyə naziri Səid Nəməki də ölkədə bütün məktəblərin şənbə günündən etibarən üç gün ərzində bağlanacağını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə