Kosmosda ən böyük partlayış baş verib NASA

Astronomlar kosmosun dərinliklərində qara dəlik yaxınlığında aşkar edilən və indiyə qədər müşahidə olunan kosmik partlayış izini kəşf etdiklərini açıqlayıblar. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Alimlər partlayışın Yerdən 390 milyon işıq ili uzaqlığında meydana gəldiyini ifadə ediblər.

NASA-nın Chandra X-Ray Rəsədxanası, minlərlə planetdən ibarət Ophiuchus Galaxy Clusterin baş verdiyi düşünülən partlayışın 15 Samanyolu Qalaktikası böyüklükdə bir əraziyə yayıldığını açıqlayıb.

Partlayışın izinin Avstraliyadakı Murchison və Hindistandakı Nəhəng Metredalğa Radio Teleskoplarının məlumatları ilə təsdiqləndiyi qeyd edilib.

NASA Goddard Kosmik Uçuş Mərkəzinin rəsmisi Maksim Markeviç bildirib ki, əldə edilən radio məlumatları rentgen şüalarına tam uyğundur. "Bu görünməmiş böyük bir partlayışdır"-deyə qeyd edib.

Tədqiqat qrupunun lideri Simona Giacintucci, bunu 1980-ci ildə ABŞ-dakı St Helens vulkanında baş verən partlayışın astronomik bir nümunəsi kimi izah edib.

St Helensdəki partlayışda dağ ətrafındakı meşələr xəritədən silindi, göy kül və tozla örtüldü və ətraf mühitdə nəhəng ekoloji dağıntı baş verdi.

Kosmosdakı sirli qara dəliklər yalnız maddəni udmur. Bu ərazilərdəki partlayışlar enerjini və maddə şüalarını kosmosa yaya bilər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə