Putin və Ərdoğan İdlibdəki vəziyyəti müzakirə edib

Rusiya prezidenti Vladimir Putin Türkiyəli həmkarı Rəcəb Ərdoğanla telefonla danışıb. SİA Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.

Rusiya xarici işlər nazirinin sözlərinə görə, Putin və Ərdoğan İdlibdəki vəziyyəti telefonla müzakirə ediblər və tərəflər İdlib razılaşmalarının həyata keçirilməsi barədə danışıblar.

Söhbətin Ankaranın təşəbbüsü ilə baş verdiyi qeyd olunur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə