Çinin Uhan şəhərində görünən yeni koronavirus növü (Covid-19) ilk dəfə Qara Afrikada Nigeriyada görülüb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Nigeriyanın səhiyyə naziri Osagie Ehanire, ölkədə ilk Covid-19 hadisəsinin fevralın 25-də İtaliyanın Milan şəhərindən Lagos'a gələn bir İtaliya vətəndaşında təsbit edildiyini bildirib.
Ehanire, İtaliya vətəndaşının Laqosdakı Yoluxucu Xəstəliklər Xəstəxanasında karantində olduğunu bildirib. Covid-19 əvvəlcə Afrika qitəsində Əlcəzairdə, daha sonra Misirdə görülüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Covid-19 olmayan ölkələrin buna hazır olmaları və ölkələrin epidemiya qarşısında özlərini təhlükəsiz hiss etmələrinin böyük səhv olacağını xəbərdar edib.
İnsanların immunitet sistemlərinin zəif olduğu Afrika ölkələrində xəstəliyin sayının bu qədər az olmasına epidemioloqlar təəccüblənirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB