Koronavirusun hansı səthlərdə çox yaşadığı araşdırılıb

ABŞ-ın sanitariya orqanları koronavirusun mühiti baxımından müxtəlif səthləri təhlil edib. SİA “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin direktoru Robert Redfild bildirib.

"Mis və polad üzərundə bu virus təxminən iki saat qoruna bilir. Digər səthlərdə, məsələn, kağız və ya plastik səthlərdə daha uzun müddət qala bilir ki, biz bunu da araşdıracağıq" deyə Redfild ABŞ Nümayəndələr Palatasında dinləmə zamanı qeyd edib.

ABŞ Səhiyyə Nazirliyinin federal agentliyinin mərkəz direktorunun sözlərinə görə, bu araşdırmanın səbəbi Diamond Princess kruiz gəmisində koronavirusun olmasıdır ki, məqsəd yoluxmuş səthlər vasitəsilə infeksiyanın ötürülməməsidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə