Filippində 5.6 bal gücündə zəlzələ baş verib

Filippin sahillərində 5.6 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə cümə axşamı Avro-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, təkanların episentri 1,6 milyon əhalisi olan Davao şəhərindən 359 km məsafədə olub. Zəlzələnin ocağı 118 km dərinlikdə qeydə alınıb. Tələfat və ya sunami təhlükəsi barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə