Cənubi Koreya-ABŞ birgə hərbi təlimləri koronavirus epidemiyasına görə təxirə salınıb

Cənubi Koreya-ABŞ birgə hərbi təlimləri koronavirus epidemiyasına görə təxirə salınıb.

SİA xarici xəbər saytlarında çap olunmuş Cənubi Koreya silahlı qüvvələrinin birləşmiş qərargahının məlumatına istinadən xəbər verir ki, cədvəl üzrə mart ayına nəzərdə tutulan təlimlər Cənubi Koreyada ən yüksək səviyyədə olan xəbərdarlıq vəziyyəti aradan qaldırılanadək keçirilməyəcək. Bu, birgə hərbi təlimlərin səhiyyə ilə əlaqədar vəziyyətə görə ilk dəfə təxirə salınması halıdır.

Qeyd edək ki, Çində meydana çıxan yeni tip koronavirus (COVID-19) Cənubi Koreyada da sürətlə yayılmağa başlayıb. Son məlumata əsasən, Cənubi Koreyada koronavirusa yoluxanların sayı 1766 nəfərə, ölənlərin sayı 13-ə çatıb. Virusa yoluxanların 21 nəfəri hərbi qulluqçudur. Bundan başqa, təxminən 9500 hərbçi koronavirus şübhəsi ilə əlaqədar karantinə alınıb.

ABŞ-ın Cənubi Koreyadakı hərbi kontingentindən də bir nəfər koronavirusa yoluxub.

Bütün xəbərlər Facebook səhifəmizdə