Trampın koronavirus tədbiri: "Əlinizi yuyun və gördüyünüz hər əli sıxmayın" - MARAQLI - VİDEO

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransından sonra jurnalistlərin suallarını cavablandırdıb. Jurnalistin koronavirusun yayılması ilə bağlı sualına verdiyi cavab otaqdakıların gülüşünə səbəb olub. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, Donald Tramp "əlinizi yuyun, təmizliyinizə diqqət yetirin və gördüyünüz hər əlinizi sıxmayın” xəbərdarlığını edib.

Koronavirusun qrip kimi müalicə edilməsinin lazım olduğunu vurğulayan ABŞ Prezidenti keçən həftə başına gələn bir hadisəni danışıb: "Uzun müddət görmədiyim birisi məni görməyə gəldi. Qucaqlayıb öpdü, necə olduğunu soruşdum. "Mən pisəm, hərarətim var və qripəm" dedi. Bir dəqiqə icazə istədim və dərhal əllərimi yudum".

Xatırladaq ki, Çinin Uhan şəhərində ortaya çıxan yeni koronavirus növü (Covid-19-a), dünyada 81 mindən çox insan yoluxub. Qısa müddət ərzində demək olar ki, bütün dünyaya yayılan epidemiya nəticəsində ölənlərin sayı 2 min 801-ə çatıb. ABŞ-da indiyə qədər 59 yoluxma hadisəsi baş verib və tələfat olmayıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...