Səudiyyə Ərəbistanı ziyarətə qadağa qoydu YOLUXMA QORXUSU

Səudiyyə Ərəbistanın xarici işlər nazirliyi bu gün bəyan edib ki, Məkkə ziyarəti üçün müraciət edənlərə veriləcək vizaları dayandırıb. Belə ki, krallıq sürətlə artan koronavirusdan ehtiyat etdiyini bildirir. SİA xəbər verir ki, bu barədə vesti.ru yazır.

“Ümrə (kiçik həcc) və Pryğəmbərin məscidini ziyarət məqsədi ilə Krallıqda qadağa qüvvəyə minir”, deyə ölkə XİN-dən bildirilib.

O da qeyd edilir ki, krallıq virusun daha çox yayıldığı ölkələrdən olan turistlərə qadağa qoyaraq, viza verməkdən imtina edir. Bunlar əsasən Asiya, Avropa və Yaxın Şərq ölkələridir.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə