Afrika ölkəsi Fildişi Sahilində gərginlik davam edir. Noyabrda təşkil edilən prezident seçkilərindən bu yana davam edən qarşıdurmalar səbəbi ilə humanitar vəziyyət getdikcə pisləşir.
SİA-nın məlumatına görə, İnsan Haqlarına Nəzarət Təşkilatı dörd ayda 500 adamın öldüyünü, bir çoxunun itkin düşdüyünü açıqlayıb. Prezident seçkisində məğlub olmasına baxmayaraq, uzun müddətdir ki, vəzifədən getmək istəməyən Laurent Qbaqbonun iqamətgahı BMT tərəfindən dövlət başçısı kimi tanınan Alassane Uattaranın tərəfdarları tərəfindən əhatə edilib. Ouattara Qbaqbonun öldürülməməsini əmr edərək onun məhkəmə qarşısında cavab verməsini istədiyini dilə gətirib.
Yayılan məlumatlara görə, artıq L.Qbarqbo qanuni seçilmiş prezidentin nümayəndələrilə masaya oturub. L.Qbarqbonun hansı səbəbdən güzəştə getdiyi bəlli deyil. Aprelin 4-də isə fransızlar BMT sülhməramlılarının dəstəyilə dinc əhaliyə qarşı təhlükənin aradan qaldırılması üçün hərbi əməliyyata başlayıblar. Belə ki, onlar L.Qbarqbonun silah anbarlarını bombalayaraq onun tərəfdarlarını silah-sursat ehtiyatından məhrum edib. Hərbi əməliyyata BMT Təhlükəsizlik Şurası sanksiya verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB