Norveçdə koronavirusa ilk yoluxma halı qeydə alınıb

Norveçdə koronavirusa ilk yoluxma halı qeydə alınıb.

SİA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin İnfeksiya Nəzarəti və Ətraf Mühit Sağlamlığı Departamentinin direktoru Geir Bukholm keçirdiyi mətbuat konfransında məlumat yayıb.

Bildirilir ki, yoluxmuş şəxs ötən həftə Çindən qayıdıb. Onun ev şəraitində karantinə alındığı bildirilir.

Qeyd edək ki, Norveçdə daha əvvəl təxminən 100 nəfər koronavirus şübhəsi ilə yoxlanılıb, lakin onların heç birində virus qeydə alınmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...