Çin XİN Vaşinqtonu Çinin daxili işlərinə qarışmağı dayandırmağa çağırıb

Pekin Vaşinqtonu din bəhanəsi ilə Çinin daxili işlərinə qarışmağı dayandırmağa çağırıb.

SİA xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin rəsmisi Cao Licien ABŞ-ın beynəlxalq din azadlığı uğrunda xüsusi tapşırıqlar üzrə səfiri Səm Brounbəkin Çinin müsəlmanlara qarşı tədbirlər görməsi barədə fikirlərini şərh edərkən belə deyib.

Birləşmiş Ştatlarda bəzi insanların dəfələrlə mənasız ittiham və şayiələrlə çıxış edərək, Çinin etnik harmoniyasını pozmağa və dini azadlıq adı altında Çinin daxili işlərinə müdaxilə etməyə çalışdıqlarını vurğulayan Cao Licien ölkəsinin bütün bunlara etirazını ifadə edib.

"Çin öz vətəndaşlarının dini etiqad azadlığını qoruyur və ölkənin bütün etnik qrupları qanunlara uyğun olaraq tam dini inanc azadlığı əldə edib", - deyən Çin XİN-nin rəsmisi əlavə edib ki, hazırda Sincan Uyğur muxtar rayonunda təxminən 24 min məscid var. ABŞ-dakı məscidlərin sayı Çindəkilərin 1/10-ndən də azdır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...