Çin turistlər Fransada saxlanıldı

Turistlərdən birinin ölümündən dərhal sonra Çin turistləri Fransada saxlanılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə yerli Le Journal de Saone-et-Luara məlumat yayıb.
Məlumata görə, Fransanın Bon şəhərində bir oteldə çinli turistin ölümündən sonra bir qrup çinli turisti saxlanılıb.
Həmçinin, bölgə turu çərçivəsində bir oteldə gecələmək üçün 30 çinli turistin gəldiyi qeyd olunur. 25 Fevral Çərşənbə axşamı günü onlardan biri xəstələnib və turist infarktdan ölüb. Bundan sonra, koronavirusla əlaqədar narahatlıqlar səbəbiylə qrupun digər üzvləri otaqlarda qalıb.
Qeyd olunur ki, çinlilər, Covid-19-la bağlı analizlərin nəticələri alınana qədər oteldə qalacaqlar və bu bir gün çəkəcək.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...