Partlayış baş prokurorluğun yaxınlığında olub

Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib. SİA TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə "Ariana News" telekanalı məlumat yayıb.

Məlumata görə Kabildəki partlayış Baş Prokurorluğun ofisi yaxınlığında olub. Kanalın bildirdiyinə görə, partlayıcı qurğu, ehtimal ki, motosikletə quraşdırılıb.

Xəsarət alanlar və zərərçəkənlər barədə hazırda məlumat yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...