Yunanıstanda sakinlərlə polis arasında qarşıdurma olub

Yunanıstanın Lesbos və Xios adalarında yerli sakinlərlə polis arasında qarşıdurma baş verib. Belə ki, sakinlər miqrantların düşərgələrinin inşası üçün istifadə olunan texnikanın adalara gətirilməsinə mane olmaq istəyiblər. Baş vermiş toqquşma nəticəsində yaralananlar olub, polis gözyaşardıcı qazdan istifadə edib.

Qeyd edək ki, Yunanıstanda hazırda 150 min miqrant və qaçqın var. Ölkənin adalarında mart ayından etibarən qaçqınlar üçün qapalı tipli düşərgələrin inşası nəzərdə tutulur. Hər düşərgədə 20 min qaçqının yerləşdirilməsi planlaşdırılır. Düşərgələr üçün xüsusi torpaq sahələri ayrılıb. Yerli əhali isə həmin düşərgələrin inşa edilməsinə qarşı çıxır.

Bütün xəbərlər Facebook səhifəmizdə