Cenevrədə Lavrova və Zaxarovaya hücum çəkdilər

Gürcü jurnalistlər Cenevrədə Lavrov və Zaxarovaya hücum ediblər. SİA xəbər verir ki, bu barədə Mariya Zaxarova özünün Facebook səhifəsində yazıb.

Öz səhifəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova, BMT-nin Cenevrədəki ofisində gürcü jurnalistlərin təcavüzkar davranışından şikayətlənib. Gürcü mediasının nümayəndələrinin "Rusiya nümayəndə heyətinə hücum etdiyini" bildirib. O, hadisəyə şəhadət verən bir neçə şəklini də əlavə edib.

"Getmək mümkün deyildi. Nazirı yaxınlaşmaq üçün qışqırırdılar, silkələyirdilər, itələyirdilər. İrəli getmək üçün bütün ləyaqətini itirmiş qadınları geri çəkməli oldum", deyə Rusiya diplomatik idarəsinin spikeri yazır.
Onun dediyinə görə, baş verənlər "acınacaqlı mənzərə" idi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...