Koronavirusa qarşı dərman hazırlandı

Çin yeni koronavirus vaksini hazırlayıb və onun ağız boğluğu vasitəsilə qəbul edilməli olduğu bildirilir. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Penpai nəşri yazır.

Nəşrin yazdığına görə, Tianjin Universitetinin mütəxəssisləri ağız boğlundan qəbul edilməli olan koronavirusa qarşı yeni bir vaksin hazırlayıblar. Elm adamları klinik sınaqlardan əvvəl ən qısa müddətdə bunu yekunlaşdırmağı planlaşdırırlar.

Qeyd olunur ki, bu dərman sayəsində bədəndə koronavirusun süngər zülallarına qarşı hərəkət edən bir antigen meydana gəlir. Yeni vasitə immun proseslərini aktivləşdirir, xəstənin selikli qişasında da koronavirusla mübarizədə təbii müdafiə yaradır.

Preparatı hazırlayanların fikrinə görə, peyvənd tablet şəklində buraxılmalıdır və onu sadəcə su ilə udmaq lazımdır. Qeyd olunduğu kimi, dərmandan həm yoluxmuş, həm də sağlam insanlar profilaktik məqsədlər üçün istifadə edə bilər.

Bununla yanaşı, alim vaksinin sınanmasının, istehsalının və bazara çıxmasının çox vaxt aparacağını vurğulayıb. O, dərmanın təhlükəsizliyini özündə sınaqdan keçirib və hələ də heç bir yan təsir görməyib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...