Nazir köməkçisi koronavirusa yoluxdu və özü bəyan etdi VİDEO

İran səhiyyə nazirinin müavini koronavirusa yaxalanıb. SİA xəbər verir ki, xarici mətbuatda verilən məlumatlara əsasən nazir müavini İrəç Hərirçi bunu özü videomüraciətlə elan edib.

O bildirib ki, ötən günlərdə bədəninin temperaturu qalxıb və analiz verib. Nazir müavini bildirib ki, özümü hazırda təcrid edib lakin, ümumilikdə vəziyyəti yaxşıdır.

Xarici mətbuatda yazılan məlumatlara əsasən o, mətbuat konfransında çox yorğun və halsız görünüb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə