Rusiya və Ermənistanın XİN başçıları görüşüb

Rusiya və Ermənistanın Xarici İşlər nazirləri Sergey Lavrov və Zöhrab Mnatsakanyan arasında görüş keçirilib. SİA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün "Facebook" səhifəsində yazıb.

Mariya Zaxarova iki ölkənin XİN başçılarının və xarici siyasət idarələrinin rəhbərlərinin danışıqlarının Cenevrədə baş tutduğunu yazıb.

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə