Ermənistanda 83 nəfərdə koronavirusun simptomları aşkar edilib

Ermənistanda koronavirusdan şübhəli bilinənlər araşdırılıb. Bunu Ermənistan Respublikası Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəzinin baş direktoru Artavazd Vanyan keçirdiyi mətbuat konfransında söyləyib.

Onun sözlərinə görə, Ermənistanda yüngül simptomları olan 83 nəfər koronavirus testindən keçib. “Yanvarın 24-dən bu yana 2 mindən çox insana nəzarət edilib və 83 nəfər xəstəxanaya yerləşdirilib. Yəni, Çindən gələn və hətta 37 dərəcə qızdırma kimi yüngül simptomları olan insanlar dərhal xəstəxanaya yerləşdirilib, müayinə edilib”, deyə Vanyan bildirib.

O həmçinin qeyd edib ki, hazırda nəzarətdə olan insanlar var.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə