Ermənistanda koronavirus çaxnaşması və...

Ermənistan vətəndaşlarına çaxnaşmaya düşməmək çağırışı edilib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Kafan Tibb Mərkəzi açıqlama yayıb.

Kafan Tibb Mərkəzi koronavirusun ölkədə yayıldığı barədə şayiələri təkzib etməyə çalışıb və ölkədə çaxnaşma yaranmaması üçün ermənilərə çağırış edib. "Sosial şəbəkədə koronavirus xəstələrinin Kafan Tibb Mərkəzində təcrid olunduğu barədə məlumatlar yayılıb. Çaxnaşma etməməyinizi və yalnız rəsmi məlumatları izləməyinizi xahiş edirik", deyə Kafan Tibb Mərkəzi açıqlamada bildirir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə