Koronavirus Ermənistana çatdı TƏŞVİŞ

Ermənistanın paytaxtı İrəvanda koronovirus aşkarlanıb və hazırda paytaxt təşviş içindədir. SİA xəbər verir ki, İrəvanda koronavirus infeksiyasına şübhəli bilinənlər barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Sosial şəbəkələrdə yayılan məlumatlara əsasən İrəvanda koronavirus infeksiyası ilə bağlı məlumatlar yayılıb. Artıq bu barədə məlumatlar böyük sürətlə yayılmaqdadır ki, bu da paytaxt İrəvanda narahatlıq doğurub. Koronavirus Taylanddan İrəvana gələn bir vətəndaşda aşkar edilib.

Ermənistan Səhiyyə Nazirliyi, xəstəxanaya yerləşdirilmiş vətəndaş Harutyunyanda koronavirus infeksiyası olduğuna dair məlumatı təkzib etməyə çalışır.

Sosial şəbəkələrdə qeyd olunur ki, kütləvi informasiya vasitələrində məlumat yaymaq qadağan edilib. Bu məlumatlara əlavə olaraq Artik şəhərində virus eyni zamanda buzovlarda da tapılıb. Ancaq Ermənistan Səhiyyə Nazirliyi bu məlumatın yayılmasının qarşısını alır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə