Səfir koronavirusa qarşı peyvənd hazırlandığını açıqlayıb

Çin yeni növ koronavirusa qarşı effektiv olan peyvənd hazırlayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bunu Çinin Rusiyadakı səfiri Çjan Hanhuey bildirib.

"Çində artıq peyvənd hazırlanıb", - deyə diplomat bildirib. Onun sözlərinə görə, əlavə yoxlamalar və təkmilləşdirilmələrə ehtiyac var.

Səfir Çin dərmanlarının ümumi effektivliyinin 85 faizdən çox olduğunu da qeyd edib. Ən son məlumatlara görə, Çində COVID-2019-a yoluxanlaırn sayı 77 mini keçib, 2592 nəfər ölüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə