Yerin düz olduğunu sübut etmək istəyən amerikalı yerə çırpılaraq öldü - VİDEO

Dünyanın düz olduğu nəzəriyyəsini sübut etməyə çalışan Mayk Hyucs adlı bir amerikalı kustar üsulla hazırladığı buxar raketi ilə Kaliforniya ştatının Barstov bölgəsindən kosmosa uçuşu faciə ilə nəticələnib. SİA-nın xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, uçuşdan bir neçə saniyə sonra "raket" yerə çırpılıb və pilot isə paraşütü vaxtında aça bilmədiyi üçün həlak olub.

Raketin uçuşunu lentə alan jurnalistlərdən biri Castin Çapman sosial mediada paylaşdığı videoda "Mayk Hyucs elə indicə raketlə uçdu və sonra yerə çırpıldı" deyə bildirib.

Videoda "dəli maşınist" adlandırılan Hyucs raketlə göyə uçandan bir neçə saniyə sonra paraşütlə enməyə çalışıb. Paraşütü çox erkən açmağa çalışan Hyucs bir neçə saniyə sonra yerə çırpılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə